Sosial şəbəkədə biz:

Əliheydər Zülfüqarov yüksək vəzifəyə təyinat alıb

01 October 2018, 13:34
Gündəm
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdirlərindən biri dəyişdirilib. “Report”un xəbərinə görə, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsininin müdiri Əliheydər Zülfüqarov vəzifəsindən azad edilib. Ə.Zülfüqarov Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsinə təyinat alıb. DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsininin müdiri vəzifəsinin icrası Cahandar Əlifzadəyə tapşırılıb.