Sosial şəbəkədə biz:

Deputat Bakıda universitetlərin bağlanmasını təklif etdi

02 October 2018, 10:30
Gündəm
Millət vəkili Fazil Mustafa Azərbaycanda ali məktəblərin sayının azaldılmasını təklif edib. O bu təkliflə parlamentin dünənki iclasında çıxış edib. Deputat qeyd edib ki, universitetlərin çoxunu birləşdirmək lazımdır: "Azərbaycanda bu qədər ali məktəbə, universitetə nə ehtiyac var? Onların çoxunu birləşdirmək lazımdır. Əgər bu ali məktəblər, sadəcə diplom almaq, diplom vermək üçün olacaqsa, o zaman nə təhsildən, nə də savaddan danışmağa dəyər. Bunlara son qoyulmalıdır”.