Sosial şəbəkədə biz:

Azərbaycan şahmatçıları ABŞ-dan olan həmkarlarına uduzdu – Olimpiada

02 October 2018, 22:03
Gündəm
Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında VIII turun görüşləri keçirilib. Azərbaycanın kişilərdən ibarət yığma komandası ABŞ-la üz-üzə gəlib. Qarşılaşma millinin məğlubiyyəti ilə başa çatıb – 1,5:2,5.  Yığma üzvlərindən yalnız Teymur Rəcəbov rəqibini məğlub edə bilib. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov uduzduğu halda, Arkadi Naydiçi rəqibi ilə xalları yarı bölüb. Bu nəticədən sonra xallarının sayını 15-ə yüksəldən ABŞ kollektivi vahid lider olub. Azərbaycan millisi isə 13 xalla 3-cü yerdədir. ABŞ – Azərbaycan – 2,5:1,5 Fabiano Karuana – Şəhriyar Məmmədyarov – 1:0 Uesli So – Teymur Rəcəbov – 0:1 Hikaru Nakamura – Arkadi Naydiç – 0,5:0,5 Samuel Şanklend – Rauf Məmmədov – 1:0 Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla mübarizə aparıb/Report.