Sosial şəbəkədə biz:

Bakıda məcburi köçkünün tikdiklərini sökdülər – qadın intihara cəhd etdi

03 October 2018, 12:16
Gündəm
Bakı şəhər Nizami rayonu ərazisində intihara cəhd olub. Publika.az xəbər verir ki, Bəhruz Nuriyev küçəsindəki bağçada məskunlaşmış məcburi köçkün Zəngilan rayon sakini Çiçək Şirinova orada əlava olaraq tikdiyi tikilinin sökülməsinə etiraz olaraq damarlarını kəsib. Söküntünü həyata keçirən qurum həmin tikilinin qanunsuz olduğunu bildirib. Faktla bağlı araşdırma aparılır.