Sosial şəbəkədə biz:

Təhsil Nazirliyindən "Müəllimlər Günü" açıqlaması: "Müvafiq tədbirlər görüləcək"

03 October 2018, 12:29
Gündəm
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin "146" qaynar xəttinə müraciət edə bilərlər.
Bu barədə unikal.org-a Təhsil Nazirliyindən məlumat veriblər. Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq:
"Belə hallarla rastlaşan şəxslər Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edə bilər. Bu halların hər biri araşdırılacaq, faktlar təsdiqini tapdığı təqdirdə müvafiq tədbir görüləcək".