Sosial şəbəkədə biz:

Bakıda 3 yaşlı qızı bazardan oğurladılar? - FOTO

03 October 2018, 14:15
Gündəm
Dünən Bakının Nizami rayonunda yerləşən 8-ci km bazarında azyaşlı uşaq itkin düşüb.
Azinforum.az bakupost-a istinadən xəbər verir ki, bu barədə uşağın valideynləri sosial şəbəkələrdə məlumat yayıblar. İddia ediblər ki, 3 yaşlı Maral Fuad qızı Muxtarovanı bazarda oğurlayıblar.
Faktla bağlı Nizami rayon Polis İdarəsinə və prokurorluğa müraciət edilib. Axtarışlardan sonra uşaq tapılıb.