Sosial şəbəkədə biz:

Deputatın tikinti şirkətinə etiraz: “Özümü yandıracam” - VİDEO

03 October 2018, 18:21
Gündəm
Bakı şəhər Nizami rayonu, Kamil Balakişiyev küçəsində "FVS-inşaat” MMC tərəfindən inşa edilən kooperativ yaşayış binasından mənzil alan Vəliyev Tuncay Vaqif oğlu şirkətdən şikayətçidir. Qaynarinfo xəbər verir ki, şikayətçi bizimyol.info-ya bildirib ki, tikinti şirkəti ona nə evini verir, nə də pulunu. O, etiraz əlaməti olaraq tikinti şirkətinin yerləşdiyi ünvanın qarşısından keçən avtomobil yolunu bağlayıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, adıkeçən şirkət Goranboydan seçilmiş millət vəkili Mahir Aslanova məxsusdur. Hadisə yerindən hazırlanan video-süjeti təqdim edirik: