Sosial şəbəkədə biz:

Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşə ağacdan asılı vəziyyətdə tapılıb - FOTO

04 October 2018, 09:44
Gündəm
Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidən ağacdan asılı vəziyyətdə tapılıb. “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb. Qeyd edək ki, Ramiz Azaqov sentyabrın 23-də səhər saatlarında Şəki şəhəri “dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və geri dönməmişdi. Faktla bağlı araşdırma aparılır