Sosial şəbəkədə biz:

Eldar Əzizov Şükürovun yerinə Ələkbərovu gətirdi

04 October 2018, 17:23
Gündəm
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu tutduğu vəzifəsindən azad edib. Unikal.org-un əldə etdiyi məlumata görə, Eldar Əzizov Qüdrət Şükürovun vəzifəsini müvəqqəti olaraq Xalid Ələkbərova həvalə edib. Sözügedən xəbəri Unikal.org-a Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər. Qeyd edək ki, Xalid Ələkbərov Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.