Sosial şəbəkədə biz:

Ermənistanın müdafiə naziri Naxçıvanla sərhədə gəldi - Foto

06 October 2018, 08:51
Gündəm
Oktyabrın 5-də Ermənistanın müdafiə naziri David Tonoyan Baş Qəraragah rəisi general-leytenant Artak Davtyanla birlikdə Naxçıvan istiqamətində yerləşən hərbi hissələrdən birinə gəlib.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb. “Onlar müxtəlif sektorlarda atəşkəsin saxlanılmasını izləyiblər”, – deyə Ovannisyan qeyd edib. Xatırladaq ki, həmin gün Tonoyan işğal altında olan Qarabağa da gəlmişdi.