Sosial şəbəkədə biz:

Berluskoni Putinin ad günündə iştirak etmək üçün Rusiyaya gedib

06 October 2018, 22:49
Gündəm
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Rusiya prezidenti Vladimir Putinin ad günü mərasimində iştirak etmək üçün Moskvaya gedib. “Report” xəbər verir ki, o bu barədə "Facebook" sosial şəbəkəsində yazıb və təyyarədə şəklini paylaşıb. "Təyyarə ilə dostum Vladimir Putinin ad gününə gedirəm. Fürsətdən istifadə edərək bütün mühüm beynəlxalq problemləri müzakirə edəcəyəm", — deyə Berluskoni yazıb. Bazar günü, oktyabrın 7-də Putinin 66 yaşı tamam olacaq.