Sosial şəbəkədə biz:

Ronaldoya qarşı daha bir İTTİHAM

07 October 2018, 16:34
Gündəm
Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldonu daha bir nəfər təcavüz iddiası ilə məhkəməyə verməyə hazırlaşır. Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən ingiltərəli qadın da Ronaldonun ona təcavüz etdiyini bildirib. Qadın deyib ki, 2005-ci ildə Ronaldo ona təcavüz edib. Polis şikayətlə bağlı araşdırmalara başlayıb. Artıq qadını həmin gün Londondakı oteldən evinə aparan taksi sürücüsü dindirilib. Sürücü “həmin gün Ronaldonun ideal bədən quruluşuna malik olduğunu deyirdi, portuqaliyalı ilə birgə gün keçirdiyindən xoşbəxt idi” deyib. Qeyd edək ki, “Yuventus”un hücumçusu amerikalı qadına təcavüz etməkdə  ittiham olunur.