Sosial şəbəkədə biz:

Cəlilabadda dayı bacısı oğlunu qətlə yetirib

08 October 2018, 11:12
Gündəm
Cəlilabad rayonunda dayı bacısı oğlunu qətlə yetirib. “Report”un xəbərinə görə, rayonun Qarazəncir kəndində 57 yaşlı Mehman Cəfərov evinə qonaq gəlmiş bacısı oğlu 24 yaşlı Ramil Manafovla aralarında yaranan mübahisə zəminində onun döş qəfəsindən xəsarət yetirib. R.Manafov aldığı xəsarətdən xəstəxanaya aparılan zaman dünyasını dəyişib. M.Cəfətov saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.