Sosial şəbəkədə biz:

Ramil Usubov Abdulla Qurbaninin oğlunun yerinə onu TƏYİN ETDİ

08 October 2018, 15:19
Gündəm
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Dövlət Yol Polisində növbəti kadr dəyişikliyi edib. Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun müvafiq əmri ilə polis kapitanı Cavid İsgəndərzadə Suraxanı rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Sözügedən xəbəri Unikal.org-a Suraxanı rayon Dövlət Yol Polisi (DYP) Şöbəsindən təsdiqləyiblər. Qeyd edək ki, Suraxanı rayonun Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəis müavini Novruz Abdulla oğlu Qurbani idi. O, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəis müavini, hərbi xidmətdən tərxis edilmiş polkovnik Abdulla Qurbaninin oğludur.