Sosial şəbəkədə biz:

Bu balıqları ovlamaq olar - SİYAHI 

09 October 2018, 11:02
Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili şirin su hövzələrində-çaylar, göllər, su anbarları və kanallarda ovlanmasına icazə verilən balıq növlərinin adlarını açıqlayıb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, balıqçılar kilkə, siyənək, kеfal, çapaq, külmə, çəki, xəşəm, sıf, kütüm balıqlarını ovlaya bilərlər. Bundan əlavə, şamayı, qarasol, daban, naxa, xərçəng kimilərin də ovlanmasına qadağa qoyulmayıb   .