Sosial şəbəkədə biz:

Ukrayna dairəsində 57 yaşlı kişi özünü yandırdı

10 October 2018, 21:12
Gündəm
Bu gün səhər saatlarında Bakıdakı Ukrayna meydanında bir kişi özünü yandırıb. Bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsinin 35-ci bölməsindən məlumat verilib. Hələlik yalnız o məlumdur ki, özünü yandıran şəxs 57 yaşlı paytaxt sakini Kononov Aleksandr Sergeyeviçdir. O, öz üzərinə kerosin tökərək yandırıb. Kişi ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Məlumata görə, Kononovun dərisinin 60-70 faizi yanıb. Xətai rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində və xəstəxanada olublar. Onlar hadisənin baş vermə səbəbini və şəraitini ayırd etməyə çalışırlar. İntiharın səbəbi barədə hələlik heç kim heç nə deməyib.