Sosial şəbəkədə biz:

Paşinyan 5 gün sonra istefa verəcək

11 October 2018, 09:58
Gündəm
  Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da istefaya hazırlaşır. “Qafqazinfo” xəbər verir ki, bu barədə Paşinyan “France 24” kanalına müsahibəsində deyib. Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi 9-10 dekabr tarixlərinə planlaşdırılır. Bunun üçün isə o, 5 gün sonra istefasını elan etməlidir. Xatırladaq ki, N. Paşinyan oktyabrın 8-də növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda memorandum imzalayıb.