Sosial şəbəkədə biz:

Baş həkim maşınla piyadanı vurub öldürdü

11 October 2018, 12:24
Gündəm
Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb. "Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib. 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb.