Sosial şəbəkədə biz:

Nərimanovda bir gecədə 4 maşın soyuldu - Polis araşdırmaya başlayıb

11 October 2018, 14:11
Gündəm
Oktyabrın 11-i gecə saatlarında Nərimanov rayonu ərazisində eyni ünvanda 4 maşın soyulub.
Bu barədə ərazidə yaşayan sakinlərin Mia.az-a verdiyi məlumata görə, hadisə rayonun Həsən Əliyev küçəsi-94 ünvanında baş verib.
Naməlum oğru və ya oğrular maşınların pəncərələrni qıraraq, içəridə olan qiymətli əşyaları götürüblər.
Hadisə yerinə polis gəlib, müvafiq araşdırmalara başlanılıb.