Sosial şəbəkədə biz:

Jurnalistlər arasında gərgin mübarizə getdi

11 October 2018, 22:04
Gündəm
Formula 1 yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Formula 1 oyunlarının ekstrimini jurnalistlər daha yaxşı hiss etməsi üçün onlar arasında kartinq yarışı təşkil edib. Tədbiri BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıb. O, belə tədbirlərin tez-tez keçirilməsinin maraqlı olacağını və jurnalistlərin Formula 1-i daha dərindən hiss etmələrinə səbəb olacağını dilə gətirib. Yarışda 40-dən artıq jurnalist mübarizədə iştirak edib. Gərgin keçən mübarizədə bir neçə jurnalist finiş xəttinə çata bilməyib. 3 jurnalist hər kəsdən tez finiş xəttinə çataraq aralarında ilk üçlüyü müəyyən ediblər. Mükafatçılara BŞH tərəfindən kubok və qiymətli hədiyyələr təqdim olunub.