Sosial şəbəkədə biz:

Trampın təhlükəsizlik üzrə müşaviri Azərbaycana gəlir

12 October 2018, 11:52
Gündəm
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana gələcək. “Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəsmisi bu barədə öz tvitter hesabında yazıb. O, səfərin Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan və Ermənistana olacağını bildirib: “Oktyabrın 20-si həmkarlarımla və digər yüksək rütbəli rəsmilərlə görüşərək təhlükəsizliklə bağlı bir sıra məsələlər üzrə Amerikanın maraqlarının təşviqi üçün bu ölkələrə yola düşəcəyəm”.