Sosial şəbəkədə biz:

Selfi çəkmək istəyən gənc müəllimə eyvandan yıxılaraq öldü - VİDEO

14 October 2018, 10:50
Gündəm
Panamada 27 yaşlı gənc müəllimə yaşadığı mənzilin eyvanında effektli selfi çəkməyə cəhd edərkən yıxılaraq ölüb. Virtualaz.org “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, qadın çoxmərtəbəli yaşayış binasının 27-ci mərtəbəsindən yıxılıb. Hadisə şahidləri baş verənləri videoya çəkməyə macal tapıblar. Qeyd olunur ki, iki uşaq anası olan gənc qadın Panamaya Portuqaliyadan köçüb və yerli məktəbdə müəllimə işləyirmiş.