Sosial şəbəkədə biz:

Diaspor Komitəsinin 2 idarə rəhbəri işdən çıxarılıb

15 October 2018, 11:26
Gündəm
Azərbaycanın Diaspiorla İş üzrə Dövlət Komitəsinin Amerika ölkələri üzrə regional idarənin müdiri Cavanşir Vəliyev və Avropa ölkələri üzrə regional idarənin müdir əvəzi Elnur Əliyev tutduqları vəzifədən azad olunublar. Open.az-ın məlumatına görə, hər iki şəxs komitədəki fəaliyyətlərindən tamamilə ayrılıblar. E. Əliyev digər dövlət qurumunda işlə təmin olunsa da hələlik adı açıqlanmır. İşdən çıxarılanların yerinə hələlik təyinat yoxdur.