Sosial şəbəkədə biz:

Həbib kimi: Kişilər üçün qəribə gözəllik salonu açılıb

15 October 2018, 16:44
Gündəm
Qaraçay-Çərkəs Respublikasında kişilər üçün çox qəribə gözəllik salonu açılıb. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu salona müraciət edən kişilər qulaqlarının qaydasız döyüş çempionu Həbib Nurməhəmmədovun qulaqlarına oxşamasını istəyirlər. O qədər də baha olmayan prosedur nəticəsində müştərilərin qulaqları sındırılır. Bu proseduran çox ağrılı olduğu bildirilsə də, salonun qarşısında uzun növbə düzülür.