Sosial şəbəkədə biz:

Bu il Azərbaycanda 6 min ton tütün istehsal olunacaq

15 October 2018, 20:59
Gündəm
Azərbaycanın tütün istehsalı ilə bağlı proqnozları açıqlanıb. Bu il Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansındakı “Azərtütün” MMC 3 min ton tütün istehsal etməyi planlaşdırır. Bunu korporasiyanın baş direktoru Kamran Nəbizadə deyib. K.Nəbizadə bildirib: “Bu il Azərbaycanda ümumilikdə 6 min ton tütünün istehsal olunması planlaşdırılır ki, onlardan, bizim hesablamalarımıza əsasən, 3 min tonu “Azərtütün” MMC-nin payına düşür”. K.Nəbizadə əlavə edib ki, bu il tütün səpini sahəsi 2387 hektar təşkil edib və yığılan tütün Balakəndə istehsal məntəqəsində saxlanılır.(trend.az)