Sosial şəbəkədə biz:

Bolqarıstan “Eurovison” mahnı müsabiqəsində iştirak etməyəcək

15 October 2018, 22:01
Gündəm
Bolqarıstanın BNT milli televiziya kanalının məlumatına əsasən, ölkə Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində iştirak etməyəcək. Əsas səbəb kimi maliyyə çətinlikləri göstərilir. Məlumatda bildirilir ki, televiziya kanalının rəhbərliyi xərcləri azaltmaq üçün bu addımı atıb. Xatırladaq ki, Bolqarıstan 2005-ci ildən müsabiqədə iştirak edir. 2017-ci ildə Bolqarıstan təmsilçisi Kristian Kostov ikinci yeri qazanıb(azərtac).