Sosial şəbəkədə biz:

“Sport-Ekspress” qəzetinin keçmiş baş redaktoru intihar etdi

16 October 2018, 15:27
Gündəm
Moskvada məşhur “Sport-Ekspress” qəzetinin keçmiş baş redaktoru, populyar idman jurnalisti İvan Rubin intihar edib. Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, o, özünü 16-cı mərtəbədən ataraq öldürüb. Rubin intihardan əvvəl ölümünün səbəbi barədə məktub yazıb. “Ölümümdə Vladimir Aleksandroviç Türenkovun günahlandırılmasını xahiş edirəm. Ona 70860 avro borcluyam və mənə hədə-qorxu gəlib ki, pulu qaytarmasam, ayaqlarımı və barmaqlarımı sındıracaq”, - məktubda deyilir.