Sosial şəbəkədə biz:

Azərbaycanın aparıcı lizinq şirkəti ləğv olunur

17 October 2018, 09:57
Gündəm
“Azəri Faktorinq və Lizinq Şirkəti” QSC ləğv olunduğunu elan edib. “Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib. Məlumatda deyilir ki, şirkətin kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev80/1, mənzil 39 ünvanına bildirə bilərlər. Xatırladaq ki, “Azəri Faktorinq və Lizinq Şirkəti” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır.