Sosial şəbəkədə biz:

Camalı konsulluqda öldürən 5 nəfər məlum oldu

17 October 2018, 10:50
Gündəm
Türkiyəli rəsmilər səudiyyəli jurnalist Camal Kaşoqinin ölümündə şübhəli bilinən 5 nəfərin kimliyini müəyyən ediblər. Belə ki, ABŞ-ın “New York Times” qəzeti bununla bağlı sensasion iddia irəli sürüb.
Qəzetin yaydığı məlumata görə, şübhəlilərdən biri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Paris, Madrid, Hyuston, Boston və BMT-yə səfərləri zamanı müşayiət edən və şahzadəyə yaxın şəxsdir. Şübhəlilərdən digər üçü də şahzadə ilə yaxın əlaqələrə malikdir. Beşinci şübhəlinin isəSəudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi və Tibbi Ekspertiza İdarəsində çalışan yüksək rütbəli məmur olduğu deyilir. Qeyd olunub ki, bütün bunlar cinayətin şahzadə Məhəmməd bin Salmandan xəbərsiz törədildiyi iddialarını təkzib edir. Əldə edilən sübutlar jurnalistin konsulluqda qətlə yetirilməsinə dair şübhələri təsdiqləyir. Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. Camal Ər-Riyadın hazırkı siyasətinin ən böyük tənqidçilərindən olub. O, 2017-ci ildə Səudiyyəni tərk edərək ABŞ-a köçüb. (AzVision.az)