Sosial şəbəkədə biz:

İranda iqtisadi cinayətlərin sayı artır

18 October 2018, 20:36
Gündəm
Son altı ayda qaçaqmalçılıqla bağlı aşkarlanan hallar artıb. Bu da ölkə səviyyəsində iqtisadi cinayət hallarının artması ehtimalını gücləndirir. Bu sözləri İranın İstehsalçılar və İstehlakçılara Dəstək Təşkilatının (Consumers & Producers Protection Organization) sözçüsü Qulamrza Kavə deyib. Onun sözlərinə görə, 6 ayda qaçaqmalçılıq halları ötən ilin analoji dövrü ilə müqayisədə 24,70 %-dən çox artıb. Ötən il məhsul qaçaqmalçılığı haqda 330 mindən çox hal araşdırılıb. Bu araşdırmalar nəticəsində təxminən 14 milyon dollar dəyərində qaçaqmalçılıqla bağlı 11.263 hal aşkarlanıb və aidiyyəti orqanlara göndərilib.(trend.az)