Sosial şəbəkədə biz:

ÜST: Dünyada qeysəriyyə üsulu ilə doğuşların sayı artır

20 October 2018, 12:48
Gündəm
Dünyada qeysəriyyə üsulu ilə doğuşların sayında artım müşahidə olunur. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında qeyd olunub. Sənəddə bildirilib ki, alimlərin 2000-ci ildən bəri apardığı araşdırma nəticəsində qeysəriyyə üsulu ilə övlad dünyaya gətirənlərin sayının artdığı məlum olub. Belə ki, 2000-ci ildə belə doğuşların sayı 12,1 faiz (16 milyon) idisə, 2015-ci ildə bu göstərici 21,1 faizə (29,7 milyon) qədər artıb. Alimlər qeydə alınan doğuşların yalnız 10-15 faizində qeysəriyyə əməliyyatının qaçılmaz olduğunu vurğulayıblar.