Sosial şəbəkədə biz:

Nazirlik Badamdardakı sürüşmə sahəsi barədə: çoxlu sayda yeni çatlar müşahidə edilir

22 October 2018, 10:43
Gündəm
Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə kütləsinin üzərində çoxlu sayda yeni çatlar müşahidə edilir. Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir. Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb.