Sosial şəbəkədə biz:

Noyabrda 3 gün qeyri-iş günü olacaq

22 October 2018, 14:49
Gündəm
Bu il noyabrda 3 gün qeyri-iş günü olacaq. Axar.az xəbər verir ki, noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq. Bayraq günü həftənin cümə gününə təsadüf edir. Noyabrın 10-u şənbə, 11-i bazar gününə təsadüf etdiyindən, 3 gün qeyri-iş günü olacaq. Qeyd edək ki, noyabrın 12-də Konstitusiya günü, 17-də isə Milli Dirçəliş günü qeyd edilsə də, həmin günlər iş günü hesab olunur.