Sosial şəbəkədə biz:

“Təmiz Şəhər”in yığılmış zərəri 161 mln. manatı keçib

22 October 2018, 22:25
Gündəm
“Təmiz Şəhər” ASC-nin aktivləri bu il yanvarın 1-nə 88,779 mln. manat təşkil edib. “Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13,1% azdır. O cümlədən 2017-ci ildə dövlət şirkətinin uzunmüddətli aktivlərinin dəyəri 28,1% azalaraq 62,202 mln. manata düşüb, cari aktivlərinin dəyəri isə 61,3% artaraq 27,578 mln. manata çatıb. “Təmiz Şəhər” ötən ilin sonuna 730 min manat cəmi öhdəliklərə (illik müqayisədə 84,7% az), 88,049 mln. manat isə cəmi kapitala (9,6% az) malil olub. Dövlət şirkəti 2017-ci ili 33,997 mln. manat zərərlə başa vurub. Bununla da, onun yığılmış zərəri 161,394 mln. manata çatıb.