Sosial şəbəkədə biz:

Dərbənddə üç azərbaycanlı FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

23 October 2018, 12:11
Gündəm
Dərbənddə üç işçi tikintidə yüksək hündürlükdən yıxılaraq ölüb.
Azinforum.az  TASS-a istinadən xəbər verir ki, Dağıstanın güc strukturlarındakı mənbə ölənlərin azərbaycanlı olduğunu bildirib.
Məlumata görə, ilkin ehtimal kimi, onların hündürlükdən yıxılaraq öldükləri nəzərdən keçirilir. Eyni zamanda, hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, hadisənin başvermə şəraiti müəyyənləşdirilir.