Sosial şəbəkədə biz:

Bakıda yenə 18 yaşlı gəlin itkin düşdü

24 October 2018, 10:19
Gündəm
Bakıda gəlin itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Biləcəri qəsəbəsi, 5-ci döngə, nömrəsiz fərdi yaşayış evində yaşayan 1996-cı il təvəllüdlü İsmayılov Vaqif Həsənxan oğlu Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, oktyabrın 23-də saat 13 radələrində onunla birlikdə yaşayan həyat yoldaşı, 2000-ci il təvəllüdlü Əsədullayeva Gülnarə Atabala qızı yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı polis araşdırmalara başlayıb.