Sosial şəbəkədə biz:

Ər-Riyad rüşvət təklif etdi, Ərdoğan əsəbiləşdi - Şok

25 October 2018, 09:57
Gündəm
Səudiyyə hökumətinin Qaşıqçı olayının ört-basdır edilməsi üçün Türkiyəyə rüşvət təklif etdiyi bildirilir.Aznyus xəbər verir ki, bu barədə ABŞ-ın tanınmış “Nyu York Tayms” qəzeti məlumat yayıb. Qəzetin iddiasına görə, Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçı olayının ört-basdır olunması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana siyasi rüşvət təklif edib. Hökumətin bunu Məkkə əmiri Xalid Əl-Faysal vasitəsilə etdiyi bildirilir. R.T.Ərdoğan isə əsəbləşərək, bu təklifi sərt şəkildə geri çevirib. Qeyd edək ki, kral Salmanın ən yaxın adamlarından olan Faysal oktyabrın 11-də Türkiyə prezidentinə Səudiyyə liderinin mesajlarını çatdırmışdı.