Sosial şəbəkədə biz:

Bakıda maşın 2 hərbiçini vurdu

25 October 2018, 11:23
Gündəm
Bu gün Xətai rayonu, Nobel prospektində, “Asiman” şadlıq evinin qarşısında maşın iki hərbiçini vurub. Onlardan birinin 20, digərinin 21 yaşı var. Hər iki yaralı təcili yardımla Tibbi Klinik Mərkəzə aparılıb. Faktı virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkir təsdiqləyib. Yaralıların vəziyyəti orta-ağırdır. Xəstəxanadan bildiriblər ki, yaralılardan biri Vüqar Mahmudov, digəri Dəniz Qasımovdur. Hər iki şəxsdə sınıq və travmalar var.