Sosial şəbəkədə biz:

Qoşqar Hacıyev komaya düşdü

25 October 2018, 12:07
Gündəm
Aprel döyüşlərində qəhrəmancasına vuruşaraq başından ağır qəlpə yaraları almış Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib və təcili olaraq Bakıda fəaliyyət göstərən EGE Hospitala yerləşdirilib. Axar.az xəbər verir ki, bu barədə jurnalist Türkan Məmmədli məlumat yayıb. “Qoşqar Hacıyev hazırda komadadır, başında çox sayda qəlpə var, dəfələrlə beyin əməliyyatı keçirib. Qarabağ qazisi EGE Hospitalda fəaliyyət göstərən Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) yüksək ixtisaslı mütəxəssisləri - neyrocərrah Özkan Tehli və anestezioloq-reanimatoloq Sərkan Şenkal tərəfindən ciddi müalicə nəzarətindədir”, – o bildirib.