Sosial şəbəkədə biz:

Ölkəsinin ilk qadın prezidenti oldu

25 October 2018, 13:48
Gündəm
Efiopiyanın yeni prezidenti seçilib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin yekun qərarı ilə Sale-Vork Zevde ölkəyə rəhbərlik edəcək. Bununla da Zevde Efiopiya tarixinə ilk qadın prezident kimi düşəcək. Bildirilir ki, ölkə başçısının təyinatına 1 həftə qalmış Baş nazir Əhməd Abiy yarısı qadınlardan ibarət olan Nazirlər Kabinetini formalaşdırıb. Qeyd edək ki, böyük diplomatik təcrübəyə malik Sale-Vork Zevde buna qədər BMT-də çalışıb.