Sosial şəbəkədə biz:

Nəhayət ki, Azərbaycan millisi FİFA reytinqində irəlilədi

25 October 2018, 13:50
Gündəm
FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 1207 xalla 107-ci pillədə qərarlaşıb. UEFA Millətlər Liqasında D Liqasının 3-cü qrupundakı rəqiblərdən Kosovo yığması 1 pillə irəliləyərək 1099 xalla 137-ci yeri tutub. Malta isə öz mövqeyini qoruyaraq 927 xalla 183-cü yerdədir. Farer adaları isə 3 pilllə geriləyib. Komanda 1251 xalla 95-cidir. FIFA-nın reytinq siyahısına 1723 xalla Belçika başçılıq edir. Fransa 1732 xalla ikinci, Braziliya isə 1669 xalla üçüncüdür. Türkiyə yığmasının reytinqdə mövqeyi dəyişməyib. Qonşu ölkə 1449 xalla 38-cidir.