Sosial şəbəkədə biz:

Seyran Ohanyanın baldızı intihar etdi - Fotolar

25 October 2018, 15:46
Gündəm
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın baldızı intihar edib.  “Qafqazinfo” erməni KİV-nə  istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları səhər saatlarında Davtaşen körpüsünün yaxınlığında qadın meyiti tapdıqları barədə məlumat yayıblar. Araşdırmalar zamanı cəsədin sabiq nazirin baldızı, 45 yaşlı Luiza Xaçatryana aid olduğu məlum olub. Həkim kimi fəaliyyət göstərən Xaçatryanın hansı səbəbdən intihar etdiyi hələ ki, bilinmir.