Sosial şəbəkədə biz:

Zakir Həsənov hərbi-siyasi vəziyyəti müzakirə edib

25 October 2018, 21:50
Gündəm
Oktyabrın 25-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb. Azinforum.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb, Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, həmçinin sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı, o cümlədən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib.