Jurnalistin qətlinə görə 38 nəfər dindirilib
Jurnalist Camal Kaşoqinin qətlə yetirilməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda çalışan 38 nəfər şahid qismində dindirilib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ifadəsi alınan şəxslər mühasibat və texniki sahələrin əməkdaşlarıdır. Beş nəfər isə ifadə verməyə gəlməyib.
Son məlumata görə, oktyabrın 25-də günorta saatlarında baş konsulluğun binasına iki nəfər mülki geyimli şəxs daxil olub.
Diplomatik nümayəndəliyin qarşısındakı KİV nümayəndələri həmin adamların şəxsiyyəti barədə aidiyyəti qaydada sorğu ünvanlayıblar.