Sosial şəbəkədə biz:

Ölkədə qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

25 October 2018, 23:12
Gündəm
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb. Trend-in məlumatına görə, oktyabrın 25-də qızılın qiyməti oktyabrın 24-ü ilə müqayisədə 7,8625 manat artaraq 1 unsiya üçün 2102,237 manat təşkil edib. Gümüş 0,0844 manat ucuzlaşaraq 1 unsiya üçün 25,0594 manata bərabər olub. Trend-ə görə, platinin qiyməti 0,357 manat azalaraq 1414,383 manat, palladiumun qiyməti isə 29,2145 manat azalaraq 1913,0015 manat təşkil edib.