Sosial şəbəkədə biz:

Hillari Klinton prezidentliyə namizədliyini aprelin 12-də bəyan edəcək

ABŞ-ın keçmiş dövlət katibi və keçmiş birinci xanımı Hillari Klinton aprelin 12-də prezidentliyə namizədliyini irəli sürəcəyini rəsmən bəyan edəcək. APA-nın məlumatına görə, bu barədə "New York Daily News" siyasətçiyə yaxın mənbəyə istinadən xəbər yayıb. Ehtimal edilir ki, H. Klinton videomüraciət edəcək və bu, sosial şəbkələrdə yayılacaq. Xatırladaq ki, H. Klinton Demokratlar Partiyasından ola biləcək potensial namizədlər arasında ən nüfuzlusu hesab olunur. Ekspertlər hesab edirlər ki, bu dəfə onun namizədliklə bağlı ilkin mərhələni keçməsi çətin olmayacaq. Daha öncə Hillari Klinton 2008-ci ildə ölkə prezidentliyinə namizədlik üçün cəhd edib, lakin son nəticədə Demokratlar Partiyasından namizəd hazırkı prezident Barak Obama olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol