Sosial şəbəkədə biz:

Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçılarının görüşü keçiriləcək

28 October 2018, 12:26
Gündəm
Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında yeddinci üçtərəfli görüş oktyabrın 29-da İstanbulda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilir. Görüşdə üçtərəfli əməkdaşlıqdakı irəliləyiş, son regional və qlobal hadisələrin müzakirəsi planlaşdırılır.