Sosial şəbəkədə biz:

“Onu sevirdim...” - Ərinin qohumu ilə qaçan qadın

29 October 2018, 10:42
Gündəm
Bir neçə gündür Qubanın Tülər kəndində baş verən qətl hadisəsi müzakirə edilir. "Qafqazinfo" xəbər verir ki, həyat yoldaşının qohumu ilə qaçan 25 yaşlı Aynur Dadaşova cebhe.info-ya açıqlama verib. O, Elşad Əsədovu sevdiyini və qızılları evdən götürərək ona verdiyini etiraf edib. Qeyd edək ki, oktyabrın 22-də  Aynur Dadaşovanın həyat yoldaşı yaxın qohumları ilə birləşərək Elşad Əsədovu qətlə yetirib. Hadisəyə görə həbs olunanlar arasında Aynurun atası, dayısı, qayını və əri də var.