Sosial şəbəkədə biz:

Bakının ən məşhur restoranı sökülür - FOTO

29 October 2018, 16:01
Gündəm
Bakıda paytaxtın qonaqları arasında ən məşhur restoranlardan olan “Təndir” sökülür. Oxu.Az xəbər verir ki, milli mətbəxin təamlarının təqdim olunduğu restoranın söküntüsünə bu gün səhər saatlarından başlanılıb. “İçərişəhər” dövlət tarix-memarlıq qoruğunun əməkdaşlarının sözlərinə görə, bu ərazidə eyni anda bir neçə restoran sökülür. Onların yerində müasir obyektlər inşa olunacaq. Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn yüksək vəzifəli şəxslər, o cümlədən prezidentlər vaxtilə “Təndir” restoranında olublar.