Sosial şəbəkədə biz:

Azərbaycanda 861 dini qurum qeydiyyatdan keçib

29 October 2018, 21:25
Gündəm
“Azərbaycanda 31-i qeyri-islam təmayüllü olmaqla 861 dini qurum qeydiyyatdan keçib. Respublikada 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib. Komitə sdəri oktyabrın 29-da Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitə sədri Azərbaycanda mütəmadi olaraq dini ibadətgahların inşa və bərpa edildiyini, müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımları ayrılmasından danışıb. Aİ-nin Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliardın Azərbaycanda dini mühitdən razılıq etdiyi bildirilir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsinin aparıldığı qeyd edilir. (Turan)